Hollandiya millisi Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq

Hollandiya millisi Azərbaycanla oyuna yeni baş məşqçi ilə çıxacaq
# 07 oktyabr 2019 13:22 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Hollandiya millisinin baş məşqçisi Ceymi Morrison istefaya göndərilib.

APA-nın məlumatına görə, amerikalı mütəxəssisin postundan kənarlaşdırılmasına son yarışlardakı nəticələr səbəb olub.

Baxmayaraq ki, 2017-ci ilin fevralından bu vəzifədə çalışan C. Morrison tarixi nailiyyətlərə imza atıb. Covanni Quidettini əvəzləyən mütəxəssisin DÇ-2018-də 4 yer tutub ki, bu da “narıncılar”ın mundaildakı ən yaxşı nəticəsidir. Yığma Bakıda keçirilən AÇ-2017-də gümüş medal qazanıb. Lakin bu il komanda qarşısına qoyulan heç bir hədəfə çata bilməyib. Avropa çempionatında 1/4 finalda uduzan hollandlar Olimpiya Təsnifat Turnirində də uğursuz çıxış ediblər. Dünya Kubokunda isə 8-ci olublar.

Məşqçi dəyişikliyi 2020-ci ilin yanvarında Hollandiyanın Apeldorn şəhərində keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində uğurlu çıxışa hesablanıb. A qrupunda Azərbaycan, Polşa və Bolqarıstanla oyun ev sahibləri üçün yeni baş məşqçi ilə ilk ciddi sınaq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR