Sumqayıtda yeni hotelin açılışı olub

Sumqayıtda yeni hotelin açılışı olub
# 17 noyabr 2009 11:58 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Bu gün Sumqayıt şəhərinin 44-cü məhəllə ərazisində yeni inşa edilmiş “TERM” hotelinin açılışı olub.

APA-Economics”in məlumatına görə, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

5 mərtəbədən ibarət olan hoteldə 23 standart və hər biri iki otaqdan ibarət olan 2 lüks otaqlar mövcuddur. Hoteldə üzgüçülük hovuzu, trenajor və fitnes zalları, futbol meydançası, sauna, uşaq əyləncə otağı, gözəllik salonu, masaj otağı və restoran qonaqların xidmətindədir. Eyni zamanda hoteldə müasir tələblərə cavab verən konfrans zalı, açıq və qapalı avtomobil dayanacaqları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR