Dow Jones indeksi 3,2%, S&P 500 3,4%, Nasdaq 3,6% enib

Dow Jones indeksi 3,2%, S&P 500 3,4%, Nasdaq 3,6% enib
# 07 iyun 2010 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 4-də Amerika fond bazarında Dow Jones indeksi 3,2% - 9 932 bəndədək, S&P 500 3,4% - 1 065 bəndədək, Nasdaq 3,6% - 2 219 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə ilk növbədə ölkənin məşğulluq bazarı barədə hesabatların açıqlanması səbəb olub. Belə ki, aqrar sahələr istisna olmaqla, ölkə iqtisadiyyatında iş yerlərinin artımı may ayında 431 min təşkil edib ki, bu da proqnozlardan 82 min azdır. Bundan başqa, Macarıstanda Yunanıstanda olduğu kimi borc böhranının təkrarlanması mümkünlüyü barədə bəyanatlar da bazara mənfi təsir edib.

Avropa fond bazarlarında iyunun 4-də FTSE 100 indeksi 1,6% - 5 126 bəndədək, Fransa CAC-40-ı 2,9% - 3 456 bəndədək, Almaniya DAX-ı 1,9 - 5 939 bəndədək enib. Avropa bazarlarında «Societe Generale»in səhmləri 7,6%, «Raiffeisen International Bank Holding»in səhmləri 8,3%, «UniCredit»in səhmləri 5,7%, «National Bank of Greece»in səhmləri 6,7% ucuzlaşıb.
İyunun 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 220 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,1907 (-2,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR