Bu ilin ilk 6 ayında İrandan Azərbaycana 150 minə yaxın turist gəlib

Bu ilin ilk 6 ayında İrandan Azərbaycana 150 minə yaxın turist gəlib
# 05 iyul 2010 11:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ilin ilk 6 ayında Azərbaycana İrandan 150 minə yaxın turist gəlib. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, iranlı turistlərin Azərbaycana səfəri bu il ölkədə ilk dəfə beynəlxalq səviyyədə qeyd edilən Novruz Bayramında iştirak məqsədilə olub: “İranla turizm sahəsində əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bu insanların Azərbaycana gəlməsi, burada maraqlı və mənalı istirahət etməsi bizim üçün çox vacibdir. Biz istərdik ki, Azərbaycana gələn turistlərin sayı çox olsun. İranın da gözəl, görməli yerləri var. Azərbaycandan İrana xeyli sayda turist gedir, amma təəssüf ki, bu səfərlər mədəniyyətlə bağlı yox, başqa maraqlar üzərində qurulan səfərlərdir. Biz istərdik ki, mədəni turizmin inkişafına da xüsusi önəm verilsin”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR