Azərbaycan rusiyalı turistlər üçün ən populyar istiqamətlər sırasındadır

Bakı

© APA | Bakı

# 30 mart 2022 15:24 (UTC +04:00)

Soçidən populyar uçuş istiqamətləri sırasında Azərbaycan da yer alıb.

"APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Turizm Sənayesi İttifaqının vitse-prezidenti Dmitri Qorin deyib.

Onun sözlərinə görə, hazırda açıq əlçatan istiqamətlər üzrə yenilənmiş uçuş proqramları formalaşdırılır.

"Nəqliyyat qovşağı olan Soçi hava limanının imkanlarından istifadə etmək olar. Uçuşlar təkcə Türkiyə və BƏƏ-yə deyil, Ermənistan, Özbəkistan, Azərbaycana da uçuşlar var və bu istiqamətlər populyardır", - deyə D. Qorin qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR