Daşaltı kəndində turizm kompleksləri tikiləcək

Daşaltı kəndində turizm kompleksləri tikiləcək
# 23 aprel 2022 11:59 (UTC +04:00)

“Şuşanın girişində, Daşaltı kəndində turizm kompleksləri tikiləcək”.

APA-nın xəbərinə görə, bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

Aydın Kərimov deyib ki, artıq turizm komplekslərinin tikintisinə başlanıb: “Bu turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək. Bu komplekslər Şuşanın turizm potensialına xüsusi töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR