Dövlət Agentliyi: Turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərmək öhdəliyi var

Dövlət Agentliyi: Turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərmək öhdəliyi var
# 13 iyun 2022 16:28 (UTC +04:00)

"Tur zamanı turistlərin həyat və sağlamlığına zərər dəyməsinə səbəb olan hadisələrin baş verdiyi hallarda tur xidməti təşkilatçılarının və avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin əhatə dairəsi dəqiq müəyyən edilməlidir".

Bu barədə Dövlət Turizm Agentliyindən APA-nın Şamaxıdakı qəza ilə bağlı sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, “Turizm haqqında” Qanunun 16.5.2-ci maddəsinə əsasən, turoperator və turagentlərin turistlərə təxirəsalınmaz yardım göstərilməsini təşkil etmək öhdəliyi var:

"Eyni zamanda, yol-nəqliyyat hadisələri bilavasitə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, sərnişinlərə dəyən zərərin ödənilməsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası əsasında həyata keçirilir. Bundan əlavə, tur xidməti təşkil edən şəxslərə turistlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq olaraq hər bir turistə məxsus könüllü qaydada səfər sığortasının təşkil edilməsi tövsiyə edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR