Yeni ilin ilk günündə dünya üzrə 4700-ə yaxın aviareys ləğv edilib

Yeni ilin ilk günündə dünya üzrə 4700-ə yaxın aviareys ləğv edilib
# 02 yanvar 2022 15:07 (UTC +04:00)

Koronavirusun Omicron variantının ortaya çıxmasından sonra hava limanlarında virusa tutulan əməkdaşların bir çoxu karantinə alınıb və bu səbəbdən uçuşların ləğvində artım müşahidə olunub.

APA bildirir ki, bu barədə “FlightAware” portalı məlumat yayıb.

Portalın açıqladığı statistikaya görə, yeni ilin ilk günündə dünya üzrə 4700-ə yaxın reys ləğv edilib.

Ləğv edilən reyslərdən 2700-ə yaxınının yalnız ABŞ-a gəlib gedən reyslərə aid olduğu bildirilib.

“FlightAware” bildirir ki, dünyada bu gün günortaya qədər 3100 uçuş ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR