Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub

Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub
  • Clock-gray 11:28
  • calendar-gray 25 Noyabr 2019

Bu ilin III rübündə Azərbaycana 122,2 min Gürcüstan vətəndaşı səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, Gürcüstandan Azərbaycana gələn turistlərin sayı bu ölkədən xaricə edilən səfərlərin 16,8%-ni təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub.

Hesabat dövründə 350,5 min Gürcüstan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ölkələr üzrə ən yüksək göstəricidir. Türkiyəyə edilən səfərlər xarici ölkələrə edilən səfərlərin 48,3%-ni təşkil edib.

Cari ilin iyul-sentyabr ayları ərzində Gürcüstandan xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının ümumi sayı təxminən 1 mln. nəfər olub ki, bunun da 43%-ni (699,4 min nəfər) 31-50 yaş aralığından olan şəxslər təşkil edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date