Azərbaycan ötən il Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub

Azərbaycan ötən il Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub
# 16 mart 2020 11:25 (UTC +04:00)

2019-cu ildə 463 831 Gürcüstan vətəndaşı Azərbaycana səfər edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının illik hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycana səfərlər hesabat dövründə Gürcüstandan xaricə edilən bütün səfərlərin 19,5%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub.

Hesabat ilində Gürcüstandan xaricə səfərlər ən çox Türkiyənin payına düşüb – 1 060 911 nəfər. Bu, ümumi xarici səfərlərin 44,7%-ni təşkil edib.

Hesabatda qeyd olunub ki, 2019-cu ildə Gürcüstanda ölkə xaricinə ümumilikdə 2 373 888 nəfər səyahət edib. Bunlardan 1 392 719-u kişi, 981 169-u qadın olub. Səfərlərin 94,4%-i təkrarlanan, 5,6%-i isə ilk dəfə edilən səyahətlər təşkil edib. Gürcüstan vətəndaşları hesabat dövründə xaricdə orta hesabla 4 gecə qalıblar. Bu müddətdə ümumi səyahət xərcləri 2 082 092 683 lari (1 268 658 595 manat), adambaşına düşən orta xərc isə 877 lari (534 manat) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR