AZAL endirim kampaniyasına start verib

AZAL endirim kampaniyasına start verib
  • Clock-gray 14:39
  • calendar-gray 23 Oktyabr 2019

"Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyasını elan edib.

AZAL-dan “APA-Ecoomics”ə verilən məlumata görə, 2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilib):

•        Küveyt – 159 avro

•        Antalya – 169 avro

•        İstanbul – 179 avro

•        Dubay – 179 avro

•        Almatı – 189 avro

•        Ankara – 189 avro

•        Tel-Əviv – 229 avro

•        Berlin – 269 avro

•        Milan – 289 avro

•        Paris – 299 avro

•        Ciddə – 309 avro

•        London – 389 avro

•        Nyu-York – 439 avro

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilib.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir. Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2019-cu il 1 noyabr – 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.

APA-Economics

Digər xəbərlər

Arxiv

date