Azərbaycanın turizm reyestrində yer alacaq şirkətlər kateqoriyalara bölünəcək

Azərbaycanın turizm reyestrində yer alacaq şirkətlər kateqoriyalara bölünəcək
# 27 iyun 2019 15:04 (UTC +04:00)

Azərbaycanda yaradılacaq turizm reyestrində yer alacaq turizm şirkətləri kateqoriyalara bölünəcəklər.

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, reyestr vasitəsilə müəyyən kateqoriyalaşma aparılacaq ki, daha üstün turizm şirkətləri daha üstün kateqoriyalar şamil olunacaq.

"Həmin kateqoriyaya uyğun olaraq, turistlər bu şirkətə müraciət etdiyi zaman artıq onun hansı kateqoriyaya uyğun olduğunu biləcək. Bu da həmin turizm şirkətinə qarşı inamı formalaşdıracaq. Turizm şirkətləri bu reyestrə qoşulmaqla öz fəaliyyətləri barədə məlumatları həmin reyestrə yerləşdirəcəklər və reyestrdə olacaq şirkətlər müəyyən üstünlüklər əldə edəcəklər ki, bu üstünlüklər onlara dövlət qurumları tərəfindən təqdim olunacaq", - deyə K. Qasımov qeyd edib.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri əlavə edib ki, bu üstünlüklərə sahə üzrə sərgilərdə iştirak, digər turizm sənayelərinə çıxış və ümumiyyətlə, şirkətlər özlərini təqdim etməkdə dəstək ala biləcəklər.

"Əlbəttə, reyestrin yaradılması turizm şirkətlərinin işini məhdudlaşmaq üçün yox, əksinə, onların işlərinə daha çox töhfə vermək, eyni zamanda onlara inamı artırmaq üçün formalaşdırılan mexanizmdir. Bununla bağlı işlər aparılır və çalışırıq ilin sonunadək bu prosesi yekunlaşdıraq və turizm sənayesinə təqdim edək ki, onlar bu xidmətlərdən istifadə edə bilsinlər", - deyə K. Qasımov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR