Ötən ay Azərbaycana 185 min nəfər əcnəbi gəlib

Ötən ay Azərbaycana 185 min nəfər əcnəbi gəlib
  • Clock-gray 13:19
  • calendar-gray 07 Fevral 2018

Bu ilin yanvar ayında  ölkəmizə gələn xarici vətəndaşların sayı 185 min nəfəri keçib.

 

Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artım deməkdir.

 

Azərbaycana gələn xarici vətəndaşlarının sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276 nəfər) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olub. 5 ölkədən gələn əcnəbilərin sayı yanvarda  ölkəmizə gələn xarici ziyarətçilərin 82%-ni təşkil edib.

 

Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olub. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil edib ki, bu da ümumi artımın 61%-dir.  

 

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt (540%), Pakistan (316%), Hindistan (234%) və Qətər (167%) olub.

 

Ölkə ərazisini ziyarət edən xarici vətəndaşların 130 118 nəfəri (69.9%) kişi, 55 795 nəfəri (30.1%) isə qadınlar olub.

 

Cavid Zeynallı

Digər xəbərlər

Arxiv

date