Səfir: “Azərbaycandan Misirə turizm axınının güclənməsini istəyirəm”

Səfir: “Azərbaycandan Misirə turizm axınının güclənməsini istəyirəm”
# 27 iyul 2018 13:35 (UTC +04:00)

"Azərbaycan-Misir əlaqələri yüksək səviyyədədir. İki ölkə arasındakı əlaqələri yaxşı inkişaf elətdirmək üçün üzərimə böyük məsuliyyət düşdüyünü bilirəm".

APA-nın xəbərinə görə, bunu Misirin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, Azərbaycana gəldiyi 5 ay ərzində ölkələr arasındakı siyasi əlaqələr alqışlanan səviyyəyə çatıb: “İqtisadi, ticarət əlaqələrimizi genişləndirmək üçün işlər də görülür. Azərbaycandan Misirə turizm axınının güclənməsini istəyirəm".

Səfir Misirdə sabitliyin hökm sürdüyünü və ölkənin terrorçulardan tamamilə təmizləndiyini deyib: "Misir əvvəlki kimi təhlükəsiz vəziyyətinə qayıdıb. Bu da imkan verir ki, aviaşirkətlər ora olan reyslərini bərpa etsin. İnanıram ki, 2011-ci ildə olduğu kimi Misirə turist axını yenə çox olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR