Azərbaycan nümayəndə heyətinin Komi Respublikasına səfəri başa çatıb

Azərbaycan nümayəndə heyətinin Komi Respublikasına səfəri başa çatıb
# 20 fevral 2007 11:36 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Komi Respublikasına səfəri başa çatıb. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib. Tanışlıq xarakteri daşıyan səfər zamanı nümayəndə heyəti Fin-Uqor Mədəniyyət Mərkəzində Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti təşkilatının Sıktıkvar, Vorkuta və Uxtada təşkilatlarının rəhbərləri ilə görüş keçirilib. Digər milli azlıqların nümayəndələrinin də qatıldığını görüşdə mövcud problemlər və onların həll yolları müzakirə olunub. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə ölkəmizin Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanov, Azərbaycanın Sankt-Peterburqda Baş Konsulluğunun konsulu Günəş Rüstəmzadə, Ümumrusiya Azərbaycanlılar Konqresinin sədr müavini Gündüz Həmzəyev, Rusiyada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti təşkilatının Sankt-Peterburq bölməsinin icraçı direktoru Akif Qasımov və Azərbaycan Milli Konqresinin Arxangelsk regional bölməsinin rəhbəri Cəmil Əliyev daxildir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR