Almaniya səfiri: “Rusiyadan neft idxalını dayandırmağı planlaşdırırıq” 

Volfqanq Maniq

© APA | Volfqanq Maniq

# 27 aprel 2022 15:28 (UTC +04:00)

Almaniya NATO və Aİ səviyyəsində Ukraynadakı müharibəyə reaksiya verir, Rusiya ilə bağlı addımların atılmasında tərəfdaşlarla koordinasiyalı şəkildə işləyir.

APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ADU tələbələri üçün sülh və təhlükəsizlik mövzusunda təşkil olunan mühazirədə deyib.

O bildirib ki, gücdən istifadə, digər ölkənin ərazisinə, suverenliyinə təcavüz qəbuledilməzdir.

Səfir qeyd edib ki, Avropa regiondakı müharibəyə verdiyi reaksiyada diqqətli davranır: “Əgər Avropa gücdən istifadə edərsə, qlobal səviyyədə, digər ölkələrdə də “biz də güc yolundan istifadə edə bilərik, müharibə edə bilərik, çünki Avropa edir” yanaşması formalaşa bilər”.

Almaniya diplomatı vurğulayıb ki, həm Aİ ölkələri, həm də Almaniya Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Ukraynaya maliyyə dəstəyi, özünü müdafiə etmək üçün vasitələr verir: “Biz, Almaniya olaraq yaxın zamanda Rusiyadan neft idxalını dayandırmağı planlaşdırırıq. Biz bu məsələ ilə bağlı diqqətlə qərarlar qəbul edirik”.

Ukraynanın NATO üzvü olmadığını xatırladan almaniyalı diplomat əlavə edib ki, hərbi alyans bu müharibəyə müdaxilə edə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR