Avropa Şurasının Baş katibi: Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm

Avropa Şurasının Baş katibi: Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm
# 27 yanvar 2023 15:58 (UTC +04:00)

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç özünün “Twitter” səhifəsində yazıb.

“Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və həlak olanlara başsağlığımı bildirirəm”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR