Azərbaycan səfiri etimadnaməsinin surətini Buyar Osmaniyə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsinin surətini Buyar Osmaniyə təqdim edib - FOTO
# 31 mart 2023 15:54 (UTC +04:00)

Azərbaycanın səfiri Kamil Xasiyev etimadnaməsinin surətini Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaniyə təqdim edib.

APA xəbər verir ki, bu barədə Buyar Osmani "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüş zamanı ATƏT regionundakı son vəziyyət və Şimali Makedoniyanın təşkilata sədrliyi müzakirə olunub.

"İqtisadi əməkdaşlığı, xüsusilə enerji sahəsində bu əməkdaşlığı inkişaf etdirməyə hazırıq", - Osmani qeyd edib.

Qeyd edək ki, Buyar Osmani ATƏT-in hazırda fəaliyyətdə olan sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR