Bayram Beqay: Albaniya və Azərbaycan qlobal sülhə, stabilliyə töhfə verir

Bayram Beqay: Albaniya və Azərbaycan qlobal sülhə, stabilliyə töhfə verir
# 12 mart 2023 11:18 (UTC +04:00)

Azərbaycan və Albaniya bu gün enerji və s. digər layihələrlə qlobal sülhə, stabilliyə töhfə verir.

APA xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Albaniya Prezidenti Bayram Beqay çıxışı zamanı deyib.

"Biz tərəfdaşlığı təşviq etməyə davam edəcəyik. İki ölkə multikulturalizmin, tolerantlığın nümunəsidir. Hər iki ölkə fərqli din və mədəniyyətlərə hörmət edir. Biz yeni nəsillər üçün əməkdaşlığımızı, tərəfdaşlığımızı davam etdirəcək, birgə şəkildə rifaha doğru irəliləyəcəyik", - Bayram Beqay vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR