Britaniya Azərbaycana yeni səfir təyin edib

Fergus Auld

© APA | Fergus Auld

# 25 aprel 2022 17:04 (UTC +04:00)

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

APA xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Fergus Auld Azərbaycana səfir təyin edilib.

Diplomat bu vəzifədə Ceym Şarpı əvəz edəcək.

O, fəaliyyətinə 2022-ci ilin avqustunda başlayacaq.

Qeyd edək ki, Fergus Auld daha əvvəl Britaniya XİN-də Cənubi Asiya Departamentinin rəhbəri və Hindistan üzrə koordinator postunda çalışıb.

O, müxtəlif illərdə Britaniya XİN-də İstedad, Müxtəliflik, Öyrənmə və İnkişaf Departamentinin rəhbəri, Beynəlxalq Ekstremizm Departamentinin rəhbəri, eyni zamanda Moskvada müşavir və Nyu-Delhidə Britaniya səfirliyində İqlim Dəyişikliyi və Enerji Bölməsinin rəhbəri postlarında çalışıb.

Britaniyalı diplomat evlidir, üç uşaq atasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR