Ceyhun Bayramov: Hələ də Türkiyənin zəlzələ bölgəsində xəbər ala bilmədiyimiz vətəndaşlarımız var

Ceyhun Bayramov: Hələ də Türkiyənin zəlzələ bölgəsində xəbər ala bilmədiyimiz vətəndaşlarımız var
# 11 fevral 2023 16:22 (UTC +04:00)

Gündəlik statistika yenilənir. İndiyə qədər 438 nəfər zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilib.

APA-nın zəlzələ bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yeni müraciət edənlərin vəziyyətinə baxılır.

“Ümumilikdə bizdə olan statistikaya görə, 5 vətəndaşımız zəlzələ nəticəsində həlak olub. Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”, – nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR