Ceyhun Bayramov: “Qardaş Türkiyəyə başsağlığı verir, yaralılara şəfa diləyirik”

Ceyhun Bayramov: “Qardaş Türkiyəyə başsağlığı verir, yaralılara şəfa diləyirik”
# 13 noyabr 2022 19:11 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda baş verən partlayışla bağlı “Twitter” hesabında paylaşım edib.

APA xəbər verir ki, paylaşımda bunlar deyilir:

“İstanbul şəhərində İstiklal prospektində partlayış xəbəri bizi dərindən kədərləndirdi. Bu terror nəticəsində həyatlarını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə başsağlığı bildirir, yaralılara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR