Bank Of Baku

Gitanas Nauseda: Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik

Gitanas Nauseda: Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcəyik
# 22 may 2023 12:22 (UTC +04:00)

Mən Sizi bu gün Vilnüsdə salamlayıram. Bir il öncə Azərbaycana səfərim çərçivəçində əhəmiyyətli müzakirələrə start verdik, təhsil sahəsində əlaqələrimizi gücləndirməyə də qərar verdik.

APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında Litva Respublikasının Prezidenti Gitanas Nauseda bildirib.

Litva Prezidenti deyib ki, bu gün Azərbaycan Prezidenti ilə İkinci Biznes Forumunun açılışını edəcək: “Bu gün mühüm sənədlər də imzalandı”.

Gitanas Nauseda qeyd edib ki, 2006-cı ildən Litva beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla birgə iştirak edir: “Azərbaycan Avropa İttifaqının Tvinninq proqramı üzrə Litvanın ən yaxın tərəfdaşlarından biridir”.

Gitanas Nauseda vurğulayıb ki, Azərbaycan Litva üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində çox önəmli ölkə, eyni zamanda bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR