İran parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunacaq

Vəhid Cəlalzadə

© APA | Vəhid Cəlalzadə

# 19 sentyabr 2022 10:11 (UTC +04:00)

İran parlamenti növbədənkənar iclasda Azərbaycan-Ermənistan məsələsini müzakirə edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vəhid Cəlalzadə deyib.

O bildirib ki, çərşənbə günü Azərbaycan və Ermənistan məsələlərinə dair önəmli və fövqəladə iclas keçiriləcək.

Vəhid Cəlalzadə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrdən ciddi narahat olduqlarını deyib: "Biz ölkənin yüksək vəzifəli məmurları ilə bu məsələni müzakirə etdik. Ölkənin Ali Milli Təhlükəsizlik Şurasından, eləcə də Xarici İşlər Nazirliyindən bu məsələlərə ciddi yanaşmağı xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR