Kaliforniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib

Kaliforniyada Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib
# 11 may 2022 09:58 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, aksiyada, San Dieqoda yaşayan yüzlərlə kimsəsiz və evsiz-eşiksiz şəhər sakinlərinə isti yeməklər paylanılıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Atanın Kəndləri” sığınacağında (Father Joe’s Villages) təşkil olunub.

Tədbirdən öncə “Cou Atanın Kəndləri” təşkilatının icraçı direktoru C.Varqas ilə görüş keçirilib. O, Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Baş Konsulluq tərəfindən təşkil olunan xeyriyyə aksiyasına ev sahibliyi etmələrindən məmnunluq duyduqlarını, bu aksiyanın San Dieqoda yaşayan böyük sayda kimsəsiz və evsiz-eşiksiz insanların yeməklə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Qeyd edilib ki, bu xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının böyük göstəricilərindən biridir.

Xatırladaq ki, San Dieqoda hazırda 8 mindən çox evsiz-eşiksiz insan yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR