Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib
# 27 yanvar 2023 14:54 (UTC +04:00)

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR