Moldova DOST modelinin tətbiqində maraqlıdır

Moldova DOST modelinin tətbiqində maraqlıdır
# 09 avqust 2022 21:35 (UTC +04:00)

Moldova Azərbaycanın DOST təcrübəsindən yararlanmaq istəyir.

APA xəbər verir ki, bu barədə Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatar azərbaycanlı həmkarı Sahil Babayevlə videokonfrans formatında görüşündə bildirib.

Azərbaycanda sosial sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirən M.Spatar hər iki nazirliyin bu prosesdəki fəal təcrübə mübadilələrinin önəmini qeyd edib.

Ölkəsinin əmək və sosial müdafiə sahəsində ciddi islahatlara hazırlaşdığını söyləyən nazir Spatar, Azərbaycanın DOST təcrübəsinin yaxından öyrənilməsi və tətbiqinə maraqlı olduqlarını bildirib.

Görüşdə Azərbaycan Moldova arasında sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR