Moskva Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsini müzakirə edir

Moskva Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsini müzakirə edir
# 09 fevral 2023 13:48 (UTC +04:00)

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsi müzakirə edilir.

APA xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiya tərəfi bu məsələnin müzakirəsini diqqətdə saxlayır.

"Vəziyyətin stabilləşməsi istiqamətində görülən işlər üçün müxtəlif dialoq məkanları və formatlarının təmin edilməsi nöqteyi-nəzərindən əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik", - deyə nazir müavini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR