Mustafa Şentop 20 Yanvarın ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 20 yanvar 2022 18:24 (UTC +04:00)

Türkiyə parlamentinin sədri Mustafa Şentop 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən 20 Yanvar şəhidlərini hörmət və rəhmətlə yad edirəm”.

APA-nın yerli bürosu xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ‘Tvitter’ hesabında yazıb.

‘20 Yanvar qəhrəmanlarının əziz xatirələri xalqımızın qəlbində, yaddaşında əbədi qalacaqdır’, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR