Pakistan səfiri: Gəncədə baş verənləri öz gözümlə görmüşdüm

Pakistan səfiri: Gəncədə baş verənləri öz gözümlə görmüşdüm
# 17 oktyabr 2022 16:36 (UTC +04:00)

“Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə etmək üçün digər diplomatlarla birlikdə Gəncəyə ballistik raketlərlə hücumun ikinci ildönümündə bu şəhəri ziyarət etdik”.

APA xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbirində bildirib.

Onun sözlərinə görə, bu hücumda mülki əhali həlak olub, mülki infrastruktura, yaşayış binalarına ciddi ziyan dəyib:

“Mən 2020-ci ildə hücumdan sonra da şəhəri ziyarət etmişdim, bu artıq şəhəri ikinci səfərimdir. Mən baş verənləri öz gözümlə görmüşdüm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR