Paşinyan: Azərbaycanla Praqa bəyanatı əsasında sülh müqaviləsi imzalamağa hazırıq

Paşinyan: Azərbaycanla Praqa bəyanatı əsasında sülh müqaviləsi imzalamağa hazırıq
# 18 yanvar 2023 17:15 (UTC +04:00)

Biz aydın şəkildə bildirdik ki, Praqa bəyanatı əsasında Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırıq.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı”nda bildirib.

Qeyd edək ki, ötən il oktyabr ayında Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda bəyanat qəbul olunub.

Praqa bəyanatı ilə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR