Paşinyan Blinkenlə Brüssel danışıqlarını müzakirə edib

Paşinyan Blinkenlə Brüssel danışıqlarını müzakirə edib
# 24 may 2022 17:49 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA Ermənistan Baş nazirinin ofisinə istinadən xəbər verir ki, telefon danışığı zamanı mayın 22-də Brüsseldə Paşinyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi üçtərəfli görüşün nəticələri müzakirə edilib.

Tərəflər Cənubi Qafqazda kommunikasiyaların açılması, regional təhlükəsizlik, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üçün xüsusi nümayəndələrin danışıqları mövzusunda fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR