Polşalı səfir: “Bizim Azərbaycanla çox fəal tərəfdaşlığımız var”

Polşalı səfir: “Bizim Azərbaycanla çox fəal tərəfdaşlığımız var”
# 10 iyun 2023 22:19 (UTC +04:00)

“Bizim Azərbaycanla çox fəal tərəfdaşlığımız var”.

Bunu APA-ya açıqlamasında Lənkəranda keçirilən "Avropa şəhərciyi" tədbirində iştirak edən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

Diplomat bildirib ki, ənənəvi olaraq keçirilən bu tədbir həm Azərbaycan, həm də Avropa İttifaqına (Aİ) üzv ölkələr üçün vacibdir.

“Biz bu gün Aİ-ə üzv ölkələr, keçirdiyimiz layihələr barədə məlumatlar təqdim etmək üçün Lənkərana toplaşmışıq. Biz bu yaxınlarda "Yol təhlükəsizliyi" ilə bağlı Azərbaycanda Tvinninq layihəsinə başlamışıq. Bu layihəni litvalı həmkarlarımızla birlikdə reallaşdırırıq. Layihədə əsas tərəfdaş Litva, ikinci tərəfdaş isə Polşadır. Burada İnfrastruktur və Nəqliyyat Nazirliyi və eyni zamanda polislə sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, bu çox vacib layihədir. Həm Azərbaycan vətəndaşları, turistlər, həm də elə bu ölkədə işləyən diplomatlar üçün önəmlidir”, - deyə Rafal Poborski bildirib.

Diplomat iki ölkə arasında münasibətlərə də toxunub.

“Ümumilkdə bizim Azərbaycanla çox fəal tərəfdaşlığımız var. Bu yaxınlarda Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova Polşaya səfər etmişdi. Onun Polşa Prezidenti cənab Duda ilə səmərəli görüşü oldu. O, Varşavada bir sıra yüksək səviyyəli görüşlər keçirdi. Biz Azərbaycanla yalnız hökumət səviyyəsində fəal əməkdaşlıq etmirik, ölkələrimiz arasında parlament diplomatiyası da çox fəaldır.

Mediada da oxuduğunuz kimi Polşa Prezidenti azərbaycanlı həmkarını qarşıdakı aylarda Polşaya dəvət edib. Mən ümid edirəm ki, biz tezliklə bu səfərə hazırlııq üzərində işləməyə başlayacağıq. Bunun reallaşması ölkələrimiz arasında yaxşı münasibətlərin digər bir nümunəsi olacaq", - deyə polşalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR