Sahibə Qafarova Əlcəzair parlamentinin sədrini İranda səfirliyimizə qarşı terror barədə məlumatlandırıb

Milli Məclisin sədri Sahibə Qafarova , Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova , Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüş

# 30 yanvar 2023 10:11 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğalini Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumatlandırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR