Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib

Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti seçilib
# 24 yanvar 2022 18:42 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin birinci vitse-prezidenti vəzifəsinə seçilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Səməd Seyidov özünün “Twitter” səhifəsində bildirib.

“Strasburqda yekdilliklə çox məsul vəzifəyə: AŞPA-nın monitorinq komitəsi sədrinin birinci vitse-presidenti seçilməkdən qürur duyuram”, - Səməd Seyidov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR