Spiker: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik fəaliyyətini davam etdirməyə hazırdır

Spiker: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik fəaliyyətini davam etdirməyə hazırdır
# 17 noyabr 2022 15:45 (UTC +04:00)

Gürcüstan Cənubi Qafqazın sülh və əməkdaşlıq nümunəsinə çevrilməsi üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik fəaliyyətini davam etdirməyə hazırdır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu ölkədə səfərdə olan ermənistanlı həmkarı Alen Simonyanla görüşü zamanı deyib. Parlament sədri bildirib ki, Cənubi Qafqaz ölkələrinin keçmişi, bu günü, gələcəyi bir-biriləri ilə sıx bağlıdır.

“Ümidvaram ki, biz hamıya və hər şeydən əvvəl gənc nəsillərimizə göstərəcəyik ki, Cənubi Qafqaz xalqları ən çətin problemlər qarşısında belə müdriklik və qarşılıqlı əməkdaşlıqla dinc gələcək qura bilərlər”, - deyə Papuaşvili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR