Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatıb - FOTO - YENİLƏNİB

Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başa çatıb - FOTO  - YENİLƏNİB
# 16 iyul 2022 15:01 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, görüş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.

İkitərəfli görüşdən sonra geniş tərkibli nümayəndə heyətləri bir araya gəlib.

Regional, nəqliyyat və s. məsələlər müzakirə olunub.

***

11:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, görüş Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilir.

Qeyd edək ki, bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR