Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib
# 27 yanvar 2023 12:18 (UTC +04:00)

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko bildirib.

“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR