Vayra Vike-Frayberqa: “Heydər Əliyevin liderliyi dövründə müasir Azərbaycan doğuldu”

Vayra Vike-Frayberqa: “Heydər Əliyevin liderliyi dövründə müasir Azərbaycan doğuldu”
# 12 mart 2023 11:18 (UTC +04:00)

“Azərbaycan və Latviya digər ölkələr kimi, Birinci Dünya müharibəsindən sonra müstəqil oldular, amma bu qısa müddət çəkdi. Çünki bu ölkələr Sovet işğalına məruz qaldı".

APA xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa deyib:

O, Azərbaycan İkinci Dünya müharibəsində öz nefti ilə nasizm üzərində qələbəyə böyük töhfə verdiyinə diqqət çəkib:

"Ancaq Prezident Heydər Əliyev çox təəssüflənirdi ki, Bakı etdiklərinə, fədakarlığına görə tanınmadı, Bakıya "Qəhrəman şəhər" statusu verilmədi. O, yüksək vəzifədə idi, ancaq Qafqaz xalqlarına qarşı rasizmi görürdü".

Latviyalı siyasətçi deyib ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan uğurlu ölkə səviyyəsinə çatıb, qlobal tərəfdaşlıqlar qurub: "Heydər Əliyev regionda lider kimi qəbul edilir. O, təşəbbüsləri ilə tanınırdı, onu tanıyanlar bacarığına heyranlıq duyurdu. Heydər Əliyevin liderliyi dövründə müasir Azərbaycan doğuldu və bu ölkədə nəsillər onu unutmayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR