XİN: Azərbaycan bu il Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edib

XİN: Azərbaycan bu il Aİ-nin enerji təhlükəsizliyinə töhfə verməyə davam edib
# 29 dekabr 2021 12:00 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən ölkəmizdə qurulmaqda olan Ələt Azad İqtisadi Zonaya (AFEZ) birbaşa xarici sərmayələrin cəlb edilməsi məqsədilə Xarici İşlər Nazirliyi (XİN) və xaricdə akkreditə olunmuş səfirliklərimiz fəaliyyət göstərib.

APA-nın xəbərinə görə, bu, XİN-in 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, ölkəmizin tranzit-nəqliyyat potensialının gücləndirilməsi istiqamətində Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri və marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin, regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti müxtəlif platformalardan təbliğ edilib.

“Cənub Qaz Dəhlizinin tam istismara verilməsi nəticəsində Azərbaycan 2021-ci il ərzində İtaliya, Yunanıstan və Bolqarıstana qaz təchiz etməklə bu ölkələrin və bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinə öz töhfəsini verməyə davam edib”, - qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR