XİN Azərbaycan-Pakistan strateji tərəfdaşlığının uğurla inkişaf etdiyini bəyan edib

XİN Azərbaycan-Pakistan strateji tərəfdaşlığının uğurla inkişaf etdiyini bəyan edib
# 29 dekabr 2021 11:57 (UTC +04:00)

Xüsusilə qeyd olunmalıdır ki, Pakistan ilə strateji tərəfdaşlıq münasibətlərimiz 2021-ci ildə uğurla inkişaf edib.

APA-nın xəbərinə görə, bu, Xarici İşlər Nazirliyinin (XİN) 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 noyabr 2021-ci il tarixində Aşqabadda Pakistanın İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb, 13-14 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfər edib, 1–2 dekabr 2021-ci ildə Bakıda Azərbaycan–Pakistan Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR