XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidi ilə bağlı narahatlığı bölüşməlidir

XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidi ilə bağlı narahatlığı bölüşməlidir
# 29 mart 2023 11:37 (UTC +04:00)

İran regional təhdiddir.

APA-nın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

“Azərbaycan və İsrail İranın təhdidi ilə bağlı narahatlığı bölüşməlidir. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR