Aİ Komissarının “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçıları ilə videokonfrans formatında görüşü keçirilir

Aİ Komissarının “Şərq Tərəfdaşlığı” ölkələri XİN başçıları ilə videokonfrans formatında görüşü keçirilir
# 01 iyul 2020 18:43 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheylinin “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər nazirləri ilə videokonfrans formatında görüşü keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN rəsmi "Twitter" hesabında məlumat yayıb.

Görüşdə Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Virtual konfransın keçirilməsində məqsəd 2021-ci ilin martında Brüsseldə baş tutacaq “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin üzbəüz görüşü üçün hədəflərin müəyyənləşdirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR