Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərləri onlayn görüş keçirib

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərləri onlayn görüş keçirib
# 10 iyul 2020 11:48 (UTC +04:00)

İyulun 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva Meksika Birləşmiş Ştatları Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio ilə onlayn görüş keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, videokonfransda Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores və digər rəsmi şəxslər iştirak ediblər.

J. Əliyeva qeyd edib ki, Milli Məclisdə və Meksika parlamentində yaradılmış dostluq qrupları ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayır.

Sonra videokonfransda Meksika-Azərbaycan dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubio VI çağırış Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etdiyini, seçkinin şəffaf və demokratik keçirilməsindən məmnun qaldığını xatırladıb:

“Parlamentlərarası əlaqələrin daha da genişlənməsi üçün hər iki tərəfdən deputatların qarşılıqlı səfərlərinin, görüşlərin və təcrübə mübadiləsinin intensivləşməsini vacib sayıram”.

Konfransda Azərbaycan-Meksika əlaqələrinin inkişafında səfirlərin mühüm xidmətləri olduğu vurğulanıb.

Görüşdə Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores və Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov xalqlarımız arasında dostluq və ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq münasibətlərinin genişlənməsi perspektivlərinə dair fikirlərini açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR