Azərbaycan və Gürcüstan parlamentinin sədrləri arasında telefon danışığı olub

Azərbaycan və Gürcüstan parlamentinin sədrləri arasında telefon danışığı olub
# 14 aprel 2020 21:28 (UTC +04:00)

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı A.Talakvadze və S.Qafarova hər iki ölkənin pandemiya dövründə atdığı addımları, səhiyyə tədbirlərini və iqtisadi vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı parlamentlərin COVID-19 virusu ilə mübarizədə rolundan da danışılıb.

A.Talakvadze göstərdiyi dəstəyə görə azərbaycanlı həmkarına təşəkkür edib və Azərbaycana koronavirusla mübarizədə uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR