Bakıda Əlcəzairin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi anılıb - FOTO

Bakıda Əlcəzairin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi anılıb - FOTO
# 18 fevral 2021 17:20 (UTC +04:00)

Əlcəzairin Bakıdakı səfirliyində Əlcəzairin müstəqilliyi uğrunda mübarizə aparmış şəhidlərin xatirəsi anılıb.

Bu barədə APA-ya Əlcəzairin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, ölkənin azadlığı uğrunda həlak olanların xatirəsi yad edilib, ölkənin bayrağı qaldırılıb.

Qeyd edək ki, Əlcəzairdə şəhidlər gününün qeyd olunması ilə bağlı qərar 1990-cı ildə elan edilib. Hər il fevral ayının 18-də ölkənin müstəqilliyi uğrunda fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparmış və həlak olmuş bir milyondan artıq əlcəzairlinin xatirəsi yad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR