Bişkekdə Azərbaycan-Qırğızıstan dostluq parkının təməli qoyulub

Bişkekdə Azərbaycan-Qırğızıstan dostluq parkının təməli qoyulub
# 10 yanvar 2020 17:51 (UTC +04:00)

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq parkının təməl qoyma mərasimi keçirilib. Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak edib.

APA-nın xəbərinə görə, Prezident Sooronbay Jeenbekov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov parkın təməlini qoyublar.

Sooranbay Jeenbekov Bişkek şəhərində məktəb kompleksinin tikilməsinə, eyni zamanda, paytaxtın ən gökəmli rayonlarından birində möhtəşəm parkın salınmasına göstərdiyi təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: “Nəcib təşəbbüsə və verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti cənab İlham Əlyevə Qırğız xalqı adından təşəkkürümü bildirirəm. Azərbaycan-Qırğızıstan Dostluq Parkı iki dövlət arasında münasibətlərin nə qədər yüksək səviyyədə olduğunun göstəricisidir. İki dövlət başçısı arasında sıx dostluq əlaqələri mövcuddur. Biz 2018-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində və ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri çərçivəsində ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələrin genişləndirilməsi istiqamətində səmərəli müzakirələr aparmışıq. İki qardaş xalq arasında yaxınlığın və əməkdaşlığın rəmzi olan bu parkın xeyir-duasını Azərbaycan Prezidenti verib”.

Azərbaycanla Qırğızıstan arasında dostluğun tarixi köklərə dayandığını bildirən Prezident qeyd edib ki, Qırğızıstanda 20 mindən çox azərbaycanlının yaşaması da bu münasibətlərin daim yüksələn xətlə inkişafına möhkəm zəmin yaradır.

Hidayət Orucov Prezidenti İlham Əliyevin müraciətini oxuyub. Müraciətdə deyilir:

«Hörmətli mərasim iştirakçıları,

Azərbaycan-Qırğızıstan Dostluq Parkı zamanın sınağından çıxmış dostluq və qardaşlığımızın rəmzidir. Ölkələrimiz arasındakı münasibətlər ortaq tarixi-etnik köklərə, milli mənəvi dəyərlərə və adət ənənələrə malik xalqlarımızın iradəsini əks etdirir. Əminəm ki, gələcək nəsillər dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini daim qoruyub saxlayacaq, dostluq və qardaşlığımızı uca tutacaq və daha da möhkəmləndirəcək».

Səfir qeyd edib ki, Dostluq Parkı hər iki dövlət başçısının təşəbbüsü və razılığı əsasında ilə tikilir. Diplomatın sözlərinə görə, qırğızlar və azərbaycanlıları yalnız ortaq keçmiş deyil, uzun sürən səmimi dostluq və qardaş münasibətləri, həm də müasir tarix birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR