Bu gün AŞPA-nın qış sessiyası başlayır

Bu gün AŞPA-nın qış sessiyası başlayır
# 27 yanvar 2020 10:35 (UTC +04:00)

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

APA-nın Avropa bürosunun xəbərinə görə, sessiya çərçivəsində Gürcüstan və Moldovanın prezidentləri, Gürcüstanın Xarici İşlər naziri çıxış edəcəklər.

Bundan əlavə, Polşada demokratik institutların fəaliyyəti, media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və s. mövzular müzakirə olunacaq.

Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR