Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı ünvanlayıb

Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı ünvanlayıb
# 04 mart 2021 21:36 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 9 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bununla bağlı nazir özünün "Twitter" səhifəsində yazıb:

"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

Başın sağ olsun, qardaş Türkiyə!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR