Daha 20 ölkədə erməni təxribatları ilə bağlı aksiyalar keçiriləcək

Daha 20 ölkədə erməni təxribatları ilə bağlı aksiyalar keçiriləcək
# 23 iyul 2020 13:43 (UTC +04:00)

“Əlavə olaraq 20 ölkədə də soydaşlarımız erməni təxribatı ilə bağlı aksiyalar keçirəcək”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini deyib ki, aksiyalarla bərabər mətbuat konfransları və digər tədbirlər də təşkil olunacaq: "Soydaşlarımızın dinc xarakterli aksiyası ermənilərin törətdikləri təxribatların mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq məqsədini daşıyır: “Həmsədr ölkələr artıq dərk edirlər ki, status-kvonun saxlanması mümkün deyil. Ermənistan sülhə vadar edilməlidir, başqa yol qalmır. Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmirsə, danışıqları pozursa, sülhə vadar olunmalıdır. Beynəlxalq hüququn imperativ tələbləri var. Artıq təxirəsalınmaz addımların atılmasının zamanı çatıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR